Azərbaycanda universitet məhkəməyə verildi

17:20 06-10-2021 345

Bakı Qızlar Universiteti məcburi auditdən yayınıb.

Belə ki, universitet barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” qanun ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.

Həmin maddə əsasında Bakı Qızlar Universiteti min beş yüz manatdan iki min beş yüz manatadək cərimə edilə bilər.

Mənbə: Lent.az