Azərbaycan könüllülərinin iştirakı ilə növbəti fləşmob keçirilib - FOTO

18:00 06-10-2021 352

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan fləşmob baş tutub. 

Ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 42 könüllünün iştirak etdiyi fləşmobda gənclər eyni vaxtda paytaxtın müxtəlif ərazilərində toplaşaraq Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. 

Bununla könüllülər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə ilə bağlı keçirdikləri qürur və sevinc hissini nümayiş etdirib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini hörmət və ehtiramla yad ediblər.