Qubada səhərdən başlayan yanğın davam edir: 20 hektar ərazi yandı

23:00 19-08-2019 1321

Quba rayonu ərazisində baş verən yağın hazırda da davam edir.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Quba və Şabran rayonlarının sərhədində baş verən yanğını söndürmək hələ də mümkün olmayıb.

Əraziyə FHN-nin Quba, Şabran və Xaçmaz Yanğından Mühafizə Bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Həmçinin Quba İcra Hakimiyyətinin, rayon polis şöbəsinin əməkdaşları eləcə də ətraf kənd sakinləri yanğının söndürülməsi istiqamətində fəal iştirak edirlər.

Son məlumatlara görə, 20 hektar ərazidə kol-kos yanıb. Yanğının meşəlik əraziyə keçməsinə qarşı mübarizə aparılır.

Qeyd edək ki, yanğının söndürülməsinin çətinliyi ərazinin relyefinin dağlıq və hava şəraitinin küləkli olması ilə bağlıdır. Əraziyə cəlb edilən qurumlar yanğının baş vermə səbəblərini də araşdırırlar.

Tehran Orucoğlu