Moskva metrosunda sərnişini döyən dağıstanlıların saxlanılma anı - VİDEO

20:20 06-10-2021 371

Rusiyanın Daxili İşlər Nazirliyi Moskva metrosunda sərnişini amansız şəkildə döyən dağıstanlıların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanmasının görüntülərini yayıb.

Qeyd olunur ki, insident Moskva metrosunun “Pervomayskaya” stansiyasında qatarın vaqonunda baş verib.

İşləmək məqsədi ilə Moskvaya gələn üç nəfər gənc qızı müdafiə edən 25 yaşlı şəxsi amansızcasına döyüblər.

Gənclər həmçinin onların qarşısını almağa çalışan insanları da təhdid ediblər.

Qeyd olunur ki, zərərçəkmiş hazırda xəstəxanadadır. Həkimlər bildiriblər ki, fiziki təzyiqə məruz qalmış gənc bir gözünü itirə bilər.

Onu döyən 21-26 yaş arası gənclər artıq saxlanılıb.

Mənbə: Lenta.ru