CIA-nın tələskənliyi: Onlarla kəşfiyyatçı ifşa olunub, yaxud öldürülüb

21:00 06-10-2021 293

Son illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) başda Rusiya, Çin, İran və Pakistan olmaqla xaricdəki onlarla kəşfiyyatçısı ifşa edilib.

Məlumatda son bir neçə ildə öldürülən, tutulan və ya böyük ehtimalla iki tərəfə cəsusluq edən onlarla xarici kəşfiyyatçının müəyyən edildiyi bildirilir.

Agentliyin işə götürdüyü kəşfiyyatçılara çox güvəndiyi, xarici kəşfiyyatı qiymətləndirmədiyi və işə götürməkdə tələskənliyi iddia edilib.

Mənbə: “New York Times”