Türkiyədə motosikletli imam marağa səbəb olub - FOTO

21:20 06-10-2021 368

Türkiyənin İstanbul şəhərində Taksim camisinə imam təyin edilən Abdullah Özkan gənclərin diqqətini çəkir.

32 yaşlı imam camiyə motosikletlə gəlib-gedir.

A.Özkan deyir ki, insanlar bu səbəbdən ona təəccüblərini gizlətmirlər. O, vəzifəyə başladığı bütün camilərə motosikletlə gedib.

“Hər il iyulun 15-də bütün Türkiyəni dolaşıb şəhidlərin ruhuna dua oxuyuram. Getdiyim yerlərdə bütün şəhid məzarlarını ziyarət edirəm”.

Özkan bildirib ki, insanlar onun imam olduğuma təəccüblənirlər və bəzən inanmadıqları üçün onlara şəxsiyyət vəsiqəsini göstərməli olur.

Mənbə: “Anadolu” agentliyi