Valideynlərdən Emin Əmrullayevin erkən təhsillə bağlı fikrinə MÜNASİBƏT

23:00 06-10-2021 340

Xəbər verdiyimiz kimi, ötən günlərdə təhsil naziri Emin Əmrullayev "altı yaş zənnimcə gecdir, məktəb yaşının beş yaşa qədər azaldılmasına çalışmalıyıq" açıqlamasını verib.

Açıqlama valideynlər arasında çaşqınlıq yaradıb.

Belə ki, valideynlərin bir çoxu uşaqların bu yaşda məktəbə getməyini düzgün qarşılamadığını, uşaqların həmin yaş dövründə məktəbə adaptasiya olunmaqlarının daha çətin olduğunu bildirib. 

İctimai TV məsələ ilə bağlı valideynlər arasında sorğu keçirib. 

Valideyn Natiq Şıxəliyev bildirib ki, uşaqların dörd yaşında hazırlığa, beş yaşında məktəbə getməsi düzgün deyil.

Məsələ ilə bağlı təhsil eksperti bildirib ki, erkən təhsilə keçmək mümkündür. Lakin sistemdə bir sıra dəyişikliklər edilməlidir.