Rəşad Nəbiyev: “Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu ilə 1,3 milyon ton yük daşınıb”

00:20 07-10-2021 416

“Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə artıq bu günə qədər 1,3 milyon ton həcmində yük daşınıb”.

Bu fikirləri “Report”a açıqlamasında İstanbulda keçirilən XII Nəqliyyat və Kommunikasiya Şurasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

Nazir qeyd edib ki, yenilənən dünyanın tələbləri dəyişir: “Araşdırmalarımız göstərir ki, bu gün müştəriləri maraqlandıran başlıca məqamlardan biri istər Xəzər dənizi üzərindən, istərsə də, Azərbaycandan qatarlar üzərində daşımalarda müntəzəmliliyin təmin edilməsi, tariflərin rəqabətə davamlılığı, hər kəs üçün əlçatan olması, yəni şəffaflığın təmin edilməsidir”.

Nazir vurğulayıb ki, digər əhəmiyyətli məqam zaman məsələsidir: “Burada həmkarlarımla administrativ əngəllərin aradan qaldırılması ilə bağlı müzakirələr apardıq və bunların hər biri müvafiq protokollarda əksini tapdı”.