ABŞ-da məktəbdə atışma törədən şəxs saxlanılıb – YENİLƏNİB + VİDEO

02:20 07-10-2021 423

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma törədən şəxs saxlanılıb.

Qeyd olunur ki, dörd nəfəri yaralayan şəxs Timoti Corc Simpkins adlı 18 yaşlı şəxsdir.

Hadisə ilə bağlı istintaq tədbirləri keçirilir.

22:44

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə baş vermiş silahlı atışma nəticəsində dörd nəfər yaralanıb.

Hadisə yerində çoxlu sayda polis əməkdaşnın və bir neçə təcili yardım maşının olduğu bildirilir.

Məktəbin mühafizəyə götürüldüyü qeyd olunub.

Ehtimal olunur ki, silahlı şəxs hələ də binadadır.

Mənbə: CBS