“OBA” market Eliş və Roşkaya “qonşu” oldu - FOTO/VİDEO

11:40 07-10-2021 625

Daima müştərilərinə yaxın olan və onların rahatlığını düşünən “OBA” marketlər şəbəkəsi yeni reklam çarxını yayımlayıb. Qonşuluq konsepti ilə çıxış edən “OBA” marketlər şəbəkəsi bu videoda da qonşuluq dəyərlərini önə çıxarıb.

Yeni videoda hər kəsin sevimlisi olan “Məhəllə”nin Eliş və Roşkası yeni köçən qonşularını təbrikə gəlirlər və marketdə qonşuluq dəyərini görürlər. Videonun sonunda “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” fikri bir daha təsdiqini tapır.

Məşhur aktyorlar Tahir və Cabir İmanovların rol aldığı reklam çarxı “OBA” marketlər şəbəkəsinin rəsmi sosial şəbəkə hesablarında və digər səhifələrdə paylaşılıb. İzləyicilər tərəfindən reklam çarxı böyük maraqla qarşılanıb.

“OBA” marketlər şəbəkəsi bildirib ki, yaxın günlərdə müştərilərini möhtəşəm bir yeniliklə sevindirəcəkdir.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin əsas məqsədi qənaətli məhsullar və yüksək keyfiyyətli xidmət ilə alıcılarını daima məmnun etməkdir.

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!