Binəqədidə qadını maşın vurdu

00:27 20-08-2019 1142

Binəqədi rayonunda 53 yaşlı qadını maşın vurub.

HerGun.Az xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü Səfərova Ramella Nurulla qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli