Azərbaycan idmançılarının problemlərini həll edəcək qurumun iş fəaliyyəti AÇIQLANDI

14:40 07-10-2021 471

“Atletlər Komissiyası idmançılar üçün yaradılıb. Bu, idmançıların problemlərini həll etmək üçün yaradılmış qurumdur”.

HerGun.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsi nəzdində yaradılmış Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov deyib.

“İdmançılar arasında müəyyən problemlər olur. Bu Komissiya məhz onları aradan qaldırmaq üçün yaradılıb”, - deyə R.Orcuov bildirib.

Komissiyanın üzvlərindən olan, taekvondoçu Fəridə Əzizova isə bu qurumun fəaliyyətindən danışarkən bunları qeyd edib:

“Komissiyada gender bərabərliyi qorunub. Üzvlər 4 oğlan və 4 qızdan ibarətdir. Bizim Komissiyada tək indi fəaliyyət göstərən idmançılar yox, idman fəaliyyətini başa vurmuş şəxslərə də köməklik ediləcək. Biz treninqlər keçirib, onları öz iş fəaliyyətimiz barədə məlumatlandıracağıq, onların bizə dəyəcək köməklərindən istifadə edəcəyik”.

Üçtəkanla tullanma üzrə atlet Nazim Babayev isə Xorvatiyanın Dubrovmik şəhərində keçirilən seçkidə iştirakından danışıb.

O bildirib ki, Avropa Atletlər Komissiyasının növbəti toplantısında Azərbaycan idmançıları ilə bağlı müəyyən problemləri qaldıracaqlarını bildirib.

Səbuhi Musayev
Foto: Firudin Səlimov