Merkel 23 il öncə aldığı paltarı geyərək hər kəsi heyran qoydu - FOTO

00:36 20-08-2019 816

Almaniya kansleri Angela Merkel 1990-cı illərdə aldığı paltarı geyərək, sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub.

"Deutsche Welle" nəşrinin "Twitter" səhifəsində dərc olunan şəkillərdən göründüyü kimi, əynindəki uzun ipək paltar daha çox yapon kimonosunu xatırladır.

Siyasətçi ilk dəfə bu geyimi 2002-ci ildə, Bayroytda keçirilən Vaqner musiqisi festivalında geyinib. Eyni paltarda o, həmçinin 2008 və 2017-ci illərdə də kütlə qarşısına çıxıb.