Fransa “comeback”lə finala çıxıb İspaniyaya rəqib oldu - VİDEO

01:00 08-10-2021 528

UEFA Millətlər Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

HerGun.Az xəbər verir ki, Turindəki “Allianz Stadium”da baş tutan qarşılaşamada Fransa Belçikadan üstün olub.

Azarkeşlər oyunda beş qola şahidlik ediblər.

İlk hissəni Belçika millisi Yannik Karrasko və Lukakunun qolları ilə öndə bitirsə də, ikinci hissə Fransanın “comeback”i ilə əlamatdar olub.

Əvvəlcə Karim Benzema hesab arasındakı fərqi azaldıb. Ardınca Kilian Mbappe bərabərliyi təmin edən qola imza atıb.

Qarşılaşmanın sonuncu dəqiqəsində isə Teo Hernandez komandasını finalan çıxaran qola imza atıb – 2:3.

Qeyd edək ki, Millətlər Liqasının ilk finalçısı ötən gün İtaliyaya qalib gələn İspaniya olmuşdu.