Ukrayna Ali Radasının yeni spikerinin adı məlum oldu

16:00 08-10-2021 357

Ali Radanın başçısının birinci müavini Ruslan Stefançuk Ukrayna parlamentinin spikeri seçilib.

Qərarı 261 millət vəkili dəstəkləyib (minimum 226 səs olmalıdır).

Qeyd edək ki, bundan əvvəl hakim “Xalqın Xidmətçisi” partiyasının təşəbbüsü ilə Dmitri Razumkov bu vəzifədən azad edilib.

Stefançuk Ternopildə həkim ailəsində anadan olub. Bu vəzifəyə qədər o, Ukrayna Ali Radasının birinci vitse-spikeri, prezidentin parlamentdəki nümayəndəsi vəzifəsində çalışıb. O, hüquq elmləri doktoru, professor, Ukrayna Milli Hüquq Elmləri Akademiyasının müxbir üzvü, Ukraynanın əməkdar elm və texnologiya xadimidir.

Mənbə: “RİA Novosti”