İspaniyada zibildən skamya düzəltməyə başladılar - FOTO

06:40 09-10-2021 451

İspaniyanın Valensiya şəhərində zibillərdən skamya düzəldilməsinə başlanılıb. Təkrar emal edilmiş plastik şüşə qapaqlardan hazırlanan skamyalar əsasən məktəblərin yaxınlığında yerləşdirilib.

Məlumata görə, bu skamyalar taxta ilə düzəlmiş analoqlarından beş dəfə möhkəmdir, həmçinin zərərverici həşəratlara (termitlərə, qarışqalara) qarşı dözümlüdür. Bundan əlavə, skamyalar qraffitiyə davamlıdır - örtük sayəsində boya praktiki olaraq skamyada qalmır.