Həmkəndlisini qayçı ilə qətlə yetirən şəxs hakim qarşısında

14:20 09-10-2021 335

Bərdədə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə iyunun 28-i saat 01:00 radələrində Bərdə rayon, İmirli kəndində qeydə alınıb. Kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin döş qəfəsinin sol nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.