Messi “Qızıl top”a namizədlərdən kimə səs verə biləcəyini etiraf edib

02:00 10-10-2021 457

Lionel Messi “Qızıl top” mükafatına namizədlər arasında kimə səs verəcəyini açıqlayıb.

“Komandamızda asanlıqla səs verə biləcəyim iki oyunçumuz var. Söhbət Mbappe və Neymardan gedir. Həmçinin “Bavariya”dan Levandovskinin də adını çəkəcəm, o, heyrətamiz bir il keçirib. Bundan başqa, “Real”dan Benzema da əla idi”, - deyə o bildirib.

Xatırladaq ki, Fransanın “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Mükafat uğrunda 30 oyunçu mübarizə aparacaq.