36 yaşlı Ronaldu növbəti dəfə rekorda imza atdı

04:40 10-10-2021 499

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropada milli komandaların heyətində keçirilən qarşılaşmaların sayına görə rekorda imza atıb.

36 yaşlı hücumçu komandasının Qətərlə yoldaşlıq görüşündə start heyətində yer alıb.

Bu Ronaldunun milli komandadakı 181-ci görüşü olub.

Bununla da o, ispaniyalı Serxio Ramosu (180) geridə qoyaraq yeni rekorda imza atıb.

Mənbə: Russian Today