Əşrəf Qəninin mühafizəsinin rəhbəri: “Ölkədən milyonlarla dollarla qaçdı”

05:40 10-10-2021 371

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin mühafizə xidmətinin rəhbəri Piraz Ata Şərifi əlində keçmiş liderin ölkədən yüz milyonlarla dollarla qaçmasına dair sübutları əks etdirən videolar olduğunu açıqlayıb.

O qeyd edib ki, görüntülər prezident sarayındakı müşahidə kameraları vasitəsilə çəkilib.

“Məndə Əfqanıstan Mərkəzi Bankından bir nəfərin Qəni getməzdən əvvəl ona çoxlu pul gətirməsinə dair görüntülər var. Yüzlərlə milyon, bəlkə də milyardlarla dollar”, - deyə P.Şərifi bildirib.

Mənbə: RİA Novosti