Rusiyada təyyarə qəzaya uğrayıb, onlarla insan ölüb - FOTO
11:20 10-10-2021 395
Rusiya Federasiyasının Tatarıstan Respublikasında “L-410” təyyarəsi qəzaya uğrayıb.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, 19 nəfər ölüb, 3 nəfərin taleyi isə məlum deyil.
Ümumilikdə təyyarədə 23 nəfər olub. Onlardan 21-i paraşütçü, 2-si isə ekipaj üzvüdür.