Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

16:20 10-10-2021 387

Serbiya və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib.

Baş hakim Erik Lambrextsə Rien Vanizer və Jo De Vayrdt yan xətt, Natan Verboomen dördüncü hakim, Laurens Visser VAR hakimi, Conatan Lando VAR hakiminin köməkçisi qismində yardımçı olacaq.

Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç (“Marakana”) stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.