Finlandiyalı pilot Türkiyə Qran-Prisinin qalibi oldu

18:40 10-10-2021 433

Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib.

İstanbulda keçirilən yarışın qalibi “Mercedes” komandasının pilotu, 32 yaşlı finlandiyalı Valtteri Bottas olub.

Qran-Pridə ikinci yeri “Red Bull”un pilotu Maks Ferstappen, üçüncü pilləni isə onun komanda yoldaşı, meksikalı Serxio Peres tutub.

Mənbə: “Anadolu”