Könül Kərimova efirə kişi obrazında çıxdı - VİDEO

19:00 11-10-2021 585

Əməkdar artist Könül Kərimova canlı efirə kişi obrazında qatılaraq hər kəsi təəccübləndirib.

ATV telekanalında yayımlanan “Günün Sədası” verlişinə kişi geyimində gələn Kərimova kişilərə müraciəti ilə diqqət çəkib:

“Bizə həmişə deyirlər ki, “Kişi kimi güclü qadınsan”. Amma sizlər də bizi incitməyin. Qəlbimizi sındırmayın. Bizə toxunmayın, biz zərif qadınıq, ana, bacı və övladıq. Kişi olsaydım təmiz, doğru-düzgün sevərdim. Koronavirusa yoluxanda çox pis anlar yaşadım. O anda qardaşımı görmək istədim. Kişi olmaq çətin və məsuliyyətlidir”.

Həmin verlişdən görüntüləri təqdim edirik: