Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü ağır qəza törətdi - VİDEO

04:00 12-10-2021 448

İstanbulun Bağçalıevlər rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü ağır qəza törədib.

Qəza nəticəsində xəsarət alan olmasa da, qəzaya düşən üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə anbaan arxada olan minik avtomobilinin videoregistratoru tərəfindən qeydə alınıb.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)