Türkiyədə təyyarə-restoran fəaliyyətə başlayıb – FOTO

09:20 12-10-2021 304

Türkiyənin Sakarya bölgəsində nəhəng təyyarənin göyərtəsi restorana çevrilib.

Yerli KİV-in məlumatına görə, istismar müddəti başa çatan “Airbus 300B4-203” təyyarəsi iaşə obyekti kimi fəaliyyətə başlayıb.

400 nəfər sərnişin tutumu olan iri nəqliyyat vasitəsi bundan sonra vilayət sakinləri və qonaqlarına xidmət göstərəcək.