Dünyanın ən böyük sosial şəbəkələrindən birində yenilik

16:20 12-10-2021 323

Sosial media platforması “Twitter”də abunəçiləri siyahıdan silmək mümkün olacaq.

“Abunəçini silmək funksiyası artıq veb-versiyada da hər kəs üçün əlçatandır”, - “Twitter” sosial şəbəkəsinin yaydığı xəbərdə qeyd olunur.

Məlumatda qeyd olunur ki, “Twitter” abunəçini blok etmədən silmək funksiyasını hələ sentyabr ayında sınamağa başlayıb.

Sosial şəbəkənin məlumatında həmçinin qeyd olunur ki, yeni funksiya istifadəçilərin öz abunəçilərinin siyahısına nəzarət etmələrini asanlaşdıracaq.