Ekspert: “Azərbaycanın qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub”

14:00 13-10-2021 438

“Şübhəsiz ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub”.

Bunu “Report”a müsahibəsində ekspert, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazın sosial-iqtisadi və siyasi dinamikasını dəyişdi. Dünya Azərbaycanın möhtəşəm uğurunun şahidi oldu”, - o deyib.

Ekspert Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini və həmin vaxtdan etibarən fəal şəkildə infrastrukturun bərpası ilə məşğul olduğunu söyləyib.

Xalid Teymur Əkrəm həmçinin vurğulayıb ki, Azərbaycan qonşu ölkələrlə dostluq münasibətlərini möhkəmləndirməklə daim regional sülh və sabitliyə can atır:

“Pakistan Azərbaycanın yaxın müttəfiqidir və daim bu ölkəni bütün sahələrdə dəstəkləməkdə davam edəcək”.