Mbappenin həyat yolu komiksə çevriləcək
07:40 14-10-2021 396
PSJ-nin hücumçusu Kilian Mbappe avtobioqrafik əsər üzərində çalışır.
O, öz həyat yolunu kağız üzrinə köçürür.
Futbolçunun bioqrafiyası komiks şəklində təsvir olunacaq. “Mənim adım Kiliandır” (Je m’appelle Kylian) adlanacaq komiks noyabrın 12-də işıq üzü görəcək.
22 yaşlı futbolçu barədə kitabçanın 300 min nüsxə ilə dərc edilməsi planlaşdırılır.
Mənbə: Sports.ru