"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır

13:18 20-08-2019 1227

"Maşın" şou növbəti sürəti ilə ekranlara qayıdır.

HerGun.Az xəbər verir ki, teleşou oktyabrın 1-dən etibarən ATV-də öz tamaşaçılarını yenidən ekrana kilidləyəcək.

Maşının bu sürətində də ölkənin 18 məşhur siması avtomobil uğrunda qızğın mübarizə aparacaq.

"M Group Production"ın mətbuat xidmətindən HerGun.Az-a verilən açıqlamada bildirilib ki, artıq “Maşın” realiti şousunun iştirakçı heyətinin ilkin siyahısı hazırdır:

"Növbəti həftə isə siyahı tam hazır olacaq. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan "təcrübəsiz ulduzlar"a da yer verilib".

Sayca 18-ci olan "Maşın" layihəsinin konsepsiyası ideya olaraq təsdiqlənib və artıq ciddi iş gedir.

Qeyd edək ki, "Maşın"ın 17-ci sürətinin qalibi müğənni Roza Zərgərli olub. Sənətçi qalib gəlsə də, şounun sonunda avtomobildən imtina edərək açarları Murad Dadaşova geri qaytarıb.

Rəşad Əliyev