Xarici gedən azərbaycanlıların sayı xeyli artıb - Daha çox İrana üz tuturuq

13:36 20-08-2019 1480

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən HerGun.Az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi - Gürcüstan, 17,7 faizi - Rusiya, 11 faizi - Türkiyə, 5,4 faizi isə digər ölkələrə gedib. Onların 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bundan başqa, bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstan - 12,4 faiz, Rusiya - 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Eyni zamanda, cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edəcək.

Sevinc Yasinqızı