Milla Yovoviç qızı ilə fotolarda pərəstişkarlarını heyran etdi - FOTO

06:20 17-10-2021 428

Döyüş filmlərinin ulduzu, Hollivudun məşhur aktrisası Mila Yovoviç 13 yaşlı qızı Ever Qabo ilə fotolarını paylaşıb.

“Instagram” hesabında dərc olunan kadrlarda onlar yeni saç düzümlərini nümayiş etdiriblər.

Görüntülər aktrisanın pərəstişkarları tərəfindən böyük heyranlıqla qarşılanıb. Bir çox istifadəçi Milanın öz qızı ilə bacı kimi göründüyünü vurğulayıb.

Qeyd edək ki, Hollivud ulduzu üç qız anasıdır. Həyat yoldaşı Pol Andersonla birlikdə o, Everdən əlavə yeddi yaşlı Deşilli və bir yaşlı Oşini böyüdür.