“Ağ canavar” dünya çempionatında ilk qələbəsini qazandı - FOTO

00:00 20-10-2021 429

Eduard Məmmədov İtaliyanın kurort şəhəri olan Yezoloda böyüklər və veteranlar arasında keçiriləcək dünya çempionatındakı ilk döyüşündə qalib gəlib.

Kick Light (veteranlar) kateqoriyasında yarışan Eduard Məmmədov (-63 kq) yerli idmançı Sigro Simone Calogero üzərində 15 xal üstünlüklə vaxtından əvvəl tam qələbə qazanıb.

Bu barədə “Ağ canavar” ləqəbli idmançı özü “Facebook” hesabında paylaşım edib.