Bill Qeyts koronovirusla mübarizəyə 120 milyon dollar vəsait ayırdı

03:40 21-10-2021 331

“Microsoft”un qurucusu, milyarder Bill Qeyts aşağı gəlirli ölkələrə COVID-19-la mübarizə üçün maliyyə yardımı edib.

Belə ki, milyarder əczaçılıq şirkəti “Merck & Co.”nun koronavirusa qarşı istehsal etdiyi həblərin  aşağı gəlirli ölkələrə çatdırılması üçün 120 milyon dollara qədər vəsait ayırıb.

“Bu pandemiyaya son qoymaq üçün, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin həyatı xilas edən dərmanlardan istifadəsini təmin etməliyik”, - deyə dünyanın ən böyük xeyriyyəçilik fondlarından biri olan “Bill və Melinda Qeyts Fondu”ndan verilən açıqlamada qeyd olunur.

Mənbə: TASS