Oliver Stoun Nazarbayev haqqında filmi təqdim etdi - FOTO

05:00 21-10-2021 424

Amerikalı rejissor Oliver Stoun Qazaxıstanın ilk prezidenti, elbaşı Nursultan Nazarbayev barədə çəkdiyi sənədli filmi təqdim edib.

“Qazax. Qızıl adamın əhvalatı” adlanan filmin dünya premyerası Roma Kinofestivalı çərçivəsində baş tutub.

Bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Twitter” səhifəsində məlumat verib.

Film keçmiş dövlət başçısı ilə müsahibə əsasında lentə alınıb.

Qeyd edək ki, sənədli ekran əsəri ilk dəfə iyulun 6-da, Nazarbayevin doğum günündə Qazaxıstanın “Xabar” telekanalında efirə gedib.