Maaş, təqaüd və sosial müavinətlərə sərf edilən vəsait ARTIRILIB

11:00 21-10-2021 437

İlin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7 milyard 655,2 milyon manat məbləğində icra olunub.

Maliyyə Nazirliyindən HerGun.Az-a verilən məlumata əsasən, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 milyon manat və ya 6,7 faiz üstələyib.

Bildirilib ki, 2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.