FİFA-nın yeni reytinqi: Azərbaycan geriləyib Zimbabvedən aşağı düşdü – FOTO

13:20 21-10-2021 432

Beynəlxalq Futbol Federasiyası (FİFA) milli komandaların oktyabr ayı üçün reytinqini açıqlayıb.

HerGun.Az xəbər verir ki, Azərbaycan 1147 xal toplayıb və daha iki pillə geriləyərək 119 sırada qərarlaşıb.

Millimiz reytinq siyahısında Mərkəzi Afrika Respublikası, Zimbabve, Farer adaları, Tacikistan kimi komandaları önə buraxıb.

Qeyd edək ki, Azərbaycan yığmasının reytinqi ilin əvvəlindən durmadan enir və artıq 11 pillə aşağı düşüb.

Xatırladaq ki, FİFA reytinqində ən yüksək nailiyyətimiz 2014-cü ilin iyulunda olub – 73-cü yer.

Yeni reytinqə əsasən dünya güclüləri aşağıdakı sıralamada qərarlaşıblar:

1.Belçika

2.Braziliya

3.Fransa

4.İtaliya

5.İngiltərə