Polkovnik-leytenant Eduard Məmmədov WAKO üzrə növbəti dəfə dünya çempionu oldu – VİDEO

18:40 21-10-2021 314

Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov kikboksinqin "Kick Light" növündə qızıl medal qazanıb.

63 kiloqram çəkidə mübarizə aparan “Ağ canavar” ləqəbli idmançımız İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib. 

Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məbluğ edərək dünya çempionu olub.

Beləliklə, idmançı WAKO versiya üzrə 6-cı, ümumi bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.

Döyüşçü bildirib ki. 44 günlük Vətən müharibəsindən sonra ilk yarışı idi.

“Ağ canavar” ləqəbli idmançımız yarışda qələbəsini şəhidlərin ruhuna həsr etdiyini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində: