Bəstəkarı ayı parçaladı

00:45 21-08-2019 940

Alyaskanın Kanadaya məxsus hissəsinə səyahət edən fransız bəstəkarı Jülyen Qotyeni ayı parçalayıb.

France Musique saytının verdiyi xəbərə görə, Qotye Alyaskaya mədəniyyət layihəsi çərçivəsində səfər edibmiş.  

44 yaşlı Qotyeni sevgilisi, bioloq və fotoqraf Kamil Toskani müşayiət edirmiş. Cütlük "Kanoye ilə böyük Şimali Kanadaya səyahət: səslər, fotolar və... violonçel" adlı layihə çərçivəsində Makkenzi çayında 1,5 min kilometr üzmək niyyətindəymiş.

Toskani Kanada hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, avqustun 15-də gecə bir ayı yatmış dostuna hücum edib, onun boynundan tutaraq, çadırdan meşəyə tərəf sürüyüv. Ertəsi gün bəstəkarın cəsədi cəngəllikdən tapılıb.

Qotye Paris Ali Musiqi və Rəqs Konservatoriyasını bitiribmiş. 2017-ci ildən etibarən Bretan Simfonik Orkestri ilə çalışır və Paris Filarmoniyasının tədbirlərində müntəzəm iştirak edirmiş.