Daha bir dövlət ictimai nəqliyyatda maska məcburiyyətini ləğv edir

00:40 26-10-2021 473

Finlandiyanın dəmir yollarında və paytaxtdakı ictimai nəqliyyatda maskalardan istifadə tələbi qaldırılıb.

Maskalardan istifadə tələbi bu ilin mart ayından etibarən qüvvədə olub.

Artıq sərnişinlər səyahət zamanı maska ​​taxıb-taxmamağa özləri qərar verə biləcəklər.

Sentyabrda aparılan müştəri sorğusuna görə, sərnişinlərin yalnız 43%-i qoruyucu maskadan istifadə etmək istəyib, avqustda bu rəqəm 58%-dən çox olub.

Mənbə: “RİA Novosti”