Krasnodarda şaurma köşkü qarşısında atışma baş verdi - VİDEO

06:36 21-08-2019 683

Krasnodarda “Vişnyaki” ticarət mərkəzinin yaxınlığında atışma baş verib.

Life” xəbər verir ki, əvvəlcə şaurma köşkü qabağında mübahisə olub, sonra isə güllə səsləri eşidilib.

Ən azı bir yaralını hadisə yerinə gələn təcili tibbi yardım maşını aparıb.

Şahidlərin sözlərinə görə, başqa bir yaralını yoldaşları maşına otuzdurub hadisə yerindən qaçırdıblar.

Atışma yerinə gələn polis hadisənin təfərrüatlarını araşdırır.