Pekin Qış Oyunlarında idmançılar və jurnalistlər üçün qaydalar açıqlanıb - FOTO

05:20 26-10-2021 431

Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi və Pekin 2022 Təşkilat Komitəsi 2022-ci il Pekin Olimpiya və Paralimpiya Qış Oyunlarında idmançılar və jurnalistlər üçün koronavirus əleyhinə qaydaların ilk versiyasını təqdim edib.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında məlumat verilib.

Bildirilir ki, vaksinasiyanın tam dövrünü başa vuran idmançılar 21 günlük karantindən azad olunacaqlar. Peyvənd olunmamış bəzi idmançılara da istisna olaraq karantindən azad edilə bilərlər.

Atletlər hər gün testdən keçiriləcək, qaydalar siyahısında göstərilməyən üçüncü tərəf obyektlərində qalmaq qadağandır. Tokio Oyunlarında olduğu kimi, idmançılardan sağlamlıqları haqqında məlumat vermək üçün proqramdan istifadə etmələri tələb olunacaq.

Qeyd edək ki, Pekində Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.

Mənbə: TASS