“Ayaks” Kiprda qol vura bilmədi

07:54 21-08-2019 847

UEFA Çempionlar Liqası təsnifatının pley-off mərhələsində “Qarabağ”ı yarışdan kənarlaşdıran Kiprin “APOEL” klubu öz meydanında Hollandiyanın “Ayaks” komandasının qəbul edib.

HerGun.Az xəbər verir ki, 2 həftə öncə “Qarabağ”ın iki top vurduğu qapılara Hollandiya təmsilçisi yol tapa bilməyib.

“Ayaks”ın bütün səylərinə baxmayaraq oyun qolsuz heç-heçə ilə yekunlaşıb (0:0).

Bundan əlavə, 80-ci dəqiqədə qonaqların mərakeşli yarımmüdafiəçisi Nussayr Mazraui iki sarı vərəqə alaraq meydandan qovulub.

“Ayaks”ın məşhur vingeri Kvinsi Promes zədə ucbatından görüşdə iştirak etməyib.

Qarşılaşmanın cavab oyunu avqustun 28-də Amsterdamda keçiriləcək.