Hacıqabulda “Mercedes” “Kamaz”a çırpıldı, ölən və yaralanan var
08:27 21-08-2019 535
Hacıqabul rayonunda minik və yük avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb,1 nəfər isə xəsarət alıb.
Ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.