Demi Mur eleqant stili ilə göz qamaşdırdı - FOTO

06:40 27-10-2021 520

Hollivud ulduzu Demi Mur son zamanlar heç bir tədbirdən qalmır, Parisdə, həmçinin Los-Ancelesdə Moda həftəsinə qatılıb.

Sonuncu dəfə isə Los-Ancelesdə fotoqraf Brayn Bouen Smitin “Drivebys” fotokitabının təqdimat mərasimində görünən aktrisa eleqant stili ilə göz qamaşdırıb. Məlumata görə, onun əynində “Fendi” brendindən üzərində qara xalları olan ağ paltar olub. O, geyimini uzun şərf, qara çəkmə, eynək və  təbii makiyajı ilə tamamlayıb.

58 yaşlı ulduzun bu stili pərəstişkarları tərəfindən müsbət qarşılanıb, onlar aktrisanın gənc görünüşünə heyranlıqlarını bildiriblər.

Mənbə: “The New Zealand Times”