Xaçmazda "VAZ" yaşlı qadını vurub öldürdü

09:36 21-08-2019 883

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçmazın Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. 

Rayonun Köhnə Xaçmaz kənd sakini, 49 yaşlı Mahmud Pənahovun idarə etdiyi 10-LX-354 dövlət nömrə nişanlı, "VAZ 2109" markalı avtomobil yaşlı qadını vurub. 

Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hazırda qadının kimliyi müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu