Bakıda içərisində sərnişin olan taksi qəza törətdi - VİDEO

11:40 28-10-2021 378

Bakıda taksi qəza törədib.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, hadisə gecə saatlarında qeydə alınıb. Taksi şirkətlərindən birinə məxsus “Toyota Prius” markalı avtomobil “Opel” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Qəza zamanı taksidə sərnişin də olub.