İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği AÇIQLANDI

13:40 28-10-2021 466

2021-ci ilin doqquz ayının yekununda İşsizlikdən Sığorta Fondunun gəlirləri 113,3 milyon manat, xərcləri isə 86,2 milyon manat təşkil edib.

HerGun.Az xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” adlı hesabatında öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu dövrdə işsizlikdən sığorta ödənişi təyin edilənlərin sayı 2 659 nəfər olub. Eləcə də, 62 700 nəfər münasib işlə, 23 300 nəfəri isə ictimai işlə təmin olunublar.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 342,9 manat olub.  

Doqquz ay ərzində 2021-ci ilin planına əsasən 16 000 nəfərdən 11 739 nəfər məşğulluq proqramına cəlb edilib. Onlardan 974 nəfəri əlilliyi olan şəxs, 1 639 nəfəri şəhid ailəsi üzvləri, 805 nəfəri məcburi köçkünlər, 49 nəfəri ünvanlı dövlət sosial yardım alanlar, 2 787 nəfəri gənclər, 3 054 nəfəri isə qadınlar təşkil edib.  

Nigar Məmmədova