Husilər ABŞ-ın pilotsuz təyyarəsini vurdu

10:36 21-08-2019 706

ABŞ-ın MQ-9 kəşfiyyat təyyarəsi husilərin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Bu barədə Yəməndəki "Ənsarullah" hərəkatının nümayəndəsi jurnalistlərə məlumat verib.

Pilotsuz uçuş aparatı (PUA) Yəmənin Damar əyalətində vurulub.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı pilotsuz təyyarənin vurulması faktını təsdiq edib.