Niderlandda “intihar tozu”nu aldıqdan sonra 33 nəfərin ölümü araşdırılır

01:40 29-10-2021 360

Niderland prokurorluğu azı 33 nəfərin özlərinə qəsd etmələri ilə bağlı hadisəni araşdırır. Məlumata görə, onların hamısı “intihar tozu” əldə etdikdən sonra ölüblər.

Toz 15 nəfərin dünyasını dəyişməsinə səbəb olub. Maddənin daha 18 alıcısının ölüm səbəbi müəyyənləşdirilir.

Hadisə ilə əlaqədar Aleks S. adlı şəxs “intihara təhrik” ittihamı ilə həbs edilib.

Şübhəli ölümlə bağlı insanların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən “Cooperatie Laatse Wil” təşkilatının üzvüdür. İstintaq zamanı şübhəlinin 3 şəriki də saxlanılıb.

Prokurorluğun məlumatına görə, 2018-ci ildən 2021-ci ilin iyun ayına qədər şübhəli “intihar tozu”nu təxminən 700 vətəndaşa ötürüb.